Füzuli rayonunda mərmi aşkarlanıb FOTO


Digərləri 30 İyn 2020 08:03:00 230 0

Füzuli rayonunda mərmi aşkarlanıb  FOTO

İyunun 28-də Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Qaraxanbəyli kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Son.az-a bildiriblər ki, məlumatın gecə saatlarında daxil olmasını və ərazinin rayon mərkəzindən uzaqda yerləşməsini nəzərə alaraq, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Daxili İşlər Nazirliyinin Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları növbəti iş günü əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 millimetrlik 9M22U raketinin döyüş başlığı aşkar olunub. Mərmi zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Döyüş başlığının ətrafında 300 kvadratmetr əraziyə yerüstü, 150 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.