Maduro Aİnin nümayəndəsini qovur


Dünya 30 İyn 2020 07:35:00 221 0

Maduro Aİnin nümayəndəsini qovur

Venesuela hökuməti Avropa İttifaqının sanksiyalar siyahısına 11 Venesuela rəsmisini daxil etməsindən sonra Aİ-nin Karakasdakı nümayəndəsini ölkədən çıxarmaq qərarına gəlib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkə prezidenti Nikolas Maduro bildirib.

"Avropa İttifaqının Karakasdakı nümayəndəsinə ölkəni tərk etməsi üçün 72 saat vaxt verməyi və Aİ-dən hörmət tələb etməyi barədə qərar verdim. Avropa müstəmləkəçiliyi və Venesuelanın təqibləri artıq yetər", - N.Maduro "Venezolana de Television" telekanalında nümayiş etdirilən çıxışında deyib.