Makron Fransa konstitusiyasına dəyişikliklər edilməsi təklifinə razılıq verib


Dünya 29 İyn 2020 23:56:00 240 0

Makron Fransa konstitusiyasına dəyişikliklər edilməsi təklifinə razılıq verib

Fransa Prezidenti Emmanuel Makron ölkə konstitusiyasına ekoloji öhdəlikərlə bağlı dəyişikliklərin edilməsi təklifinə razılıq verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə prezident İqlim üzrə Vətəndaş Konventinin üzvləri ilə görüşü zamanı deyib.

O, konstitusiyanın birinci maddəsində bioloji fərqlilik və iqlim dəyişikliyinə qarşı öhdəliklərin daxil edilməsi fikrini dəstəkləyib.

E.Makronun sözlərinə görə, bu məsələ Fransa parlamentinin hər iki palatası tərəfindən baxıldıqdan sonra referenduma çıxarıla bilər.