Türkiyədə koronavirusdan sağalanların sayı 171 min nəfəri ötüb


Dünya 29 İyn 2020 21:25:00 234 0

Türkiyədə koronavirusdan sağalanların sayı 171 min nəfəri ötüb

Türkiyədə son 24 saat ərzində daha 18 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 115 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 374 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 198 613 nəfərə çatıb.