NASAdan XƏBƏRDARLIQ: Yer üçün TƏHLÜKƏ


Digərləri 29 İyn 2020 22:15:00 218 0

NASAdan XƏBƏRDARLIQ: Yer üçün TƏHLÜKƏ

Amerika Birləşmiş Ştatları Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) bu günlərdə 5 asteroidin Yer kürəsinə yaxınlaşacağı ilə bağlı xəbərdarlıq edib.

Son.az xəbər verir ki, 2020MK adlı asteroid iyunun 27-də Yerə doğru 64 min kilometr sürətlə yaxınlaşaraq sürətlə keçib. Onun ardınca 17 metr diametrindəki 2020MF1 asteroidi yol alıb.

Yaxınlaşan digər iki asteroid isə 2020ME1 və 2020JX1-dir. Bunlardan ikincisi qrupdakı ən böyük asteroid sayılır, diametri təxminən 100 metrdir.

Yer kürəsinə yaxınlaşan son asteroid 2020KQ7-nin isə 31 metr diametrində olduğu bildirilir. (publika.az)