Türkiyədən Azərbaycana zinət əşyalarının ixracı kəskin azalıb


Digərləri 29 İyn 2020 22:04:00 225 0

Türkiyədən Azərbaycana zinət əşyalarının ixracı kəskin azalıb

2020-ci ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana zinət əşyalarının ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 87,08 faiz azalaraq 288 min dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

May ayında Türkiyədən Azərbaycana zinət əşyalarının ixracı 2019-cu ilin mayı ilə müqayisədə 99,89 faiz azalıb və 130 dollara bərabər olub.

Yanvar-may aylarında Türkiyənin dünya bazarlarına zinət əşyalarının ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz azalaraq 1,265 milyard dollar təşkil edib.

Bu müddət ərzində Türkiyənin ümumi ixracında kimyəvi məhsulların ixracının payı 2,1 faizə bərabər olub.