Çexiyada yoluxma sayı sürətlə artır


Dünya 29 İyn 2020 20:54:00 222 0

Çexiyada yoluxma sayı sürətlə artır

Çexiyada 3 aydan sonra koronavirusa gündəlik yoluxma sayında yeni rekord göstərici qeydə alınıb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, son 24 saat ərzində daha 305 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Bildirilib ki, sonuncu dəfə belə göstərici aprelin 3-ü 332 yoluxma faktının aşkarlanması ilə qeydə alınıb. Mütəxəssislər məhdudiyyətlərin götürülməsi səbəbindən yoluxma hallarının artmağa davam edəcəyini proqnozlaşdırır. Belə ki, son 3 gündür ki, gündəlik yoluxma sayında davamlı artım müşahidə olunur.

Ölkə üzrə bu günə qədər 11 603 insan koronavirusa yoluxub. Onlardan 348 nəfər xəstəlik səbəbindən həyatını itirib, 7705 pasiyent müalicə olunaraq sağalıb. 

Son.az