Pərviz niyə Bakıya qayıtmır?


Şou-biznes 29 İyn 2020 19:24:00 247 0

Pərviz niyə Bakıya qayıtmır?

Çəkilişləri Dominikanda aparılan "Survivor" yarışmasından geri dönən kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev hələ də Türkiyədədir.

Son.az axşam.az-a istinadən bildirir ki, idmançı yarışmanın finalına qədər Bakıya qayıtmayacağını deyib. Bu haqda Pərviz idmançı Kamil Zeynallının paylaşdığı videoda bildirib.

"İstanbuldayam, iyulun 13-14-də finaldır. Onu gözləyirəm. Ondan sonra Bakıya qayıdacam" deyə, P.Abdullayev söyləyib.

İdmançı gələn il yarışmaya yenə qatılacağını söyləyib.