Məşhur aktyor arvadının üzünü doğradı


Digərləri 29 İyn 2020 19:54:00 216 0

Məşhur aktyor arvadının üzünü doğradı

Rusiyalı aktrisa Yana Tretyak əri - aktyor Vladislav Tretyakın hücumu ilə bağlı polisə müraciət edib.

Son.az oxu.az-a istinadən bildirir ki, o, ərinin üzünə bıçaqla vurduğunu və yaraladığını deyib.

Hadisə dünən baş verib. Evli cütlük arasında münaqişə yaşanıb. Nəticədə, aktyor qəzəblənərək bıçağı götürüb və arvadının üzünü yaralayıb.

Polis hadisə ilə bağlı istintaqa başlayıb.

V.Tretyak bir sıra məşhur teleseriallarda ifa etdiyi rollarla tanınır.