Bakıda daha bir hamilə qadın koronavirusdan öldü


Digərləri 29 İyn 2020 17:58:00 217 0

Bakıda daha bir hamilə qadın koronavirusdan öldü

Bakıda daha bir hamilə qadın koronavirusdan vəfat edib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, iyunun 24-də 1989-cu il təvəllüdlü 7 aylıq hamilə qadın 1 saylı Kliniki Tibbi Mərkəzin ginekologiya şöbəsinin reanimasiyasına daxil olub. Onda COVİD-19 virusunun əlamətləri aşkar edildiyindən test edilib. Testin nəticəsi pozitiv çıxıb. İyunun 27-də vəziyyəti ağırlaşdığı üçün süni tənəffüs aparatına qoşulub. Hamilə qadın kəskin ürək-ağciyər çatışmazlığından vəfat edib. 

1 saylı Kliniki Tibbi Mərkəzin şöbə müdiri Cəmilə Ağazadə "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hamilə qadın xəstəxanaya müraciət edərkən artıq vəziyyəti ağır olub:

"29 həftəlik hamilə qadın iyunun 24-ü gecə saat 01-də Kliniki xəstəxanaya qəbul olunub. Xəstə artıq gələndə ağır vəziyyətdə idi. Ona görə ki, onun koronavirus xəstəliyi 3 gün əvvəl başlayıb. Yüngül öskürək, təngnəfəslik olub, hərarəti 3 gün ərzində 38,5 dərəcə olub. Lakin hamilə qadının xəstəxanaya ilk müraciəti 3 gün sonra olub. Artıq onda boğulma simptomları əmələ gəlmişdi, təngnəfəslik, ağciyərlərin distress sindromundan xəstəxanada vəfat edib. 

Bizdə hamilə qadının bütün müayinələri aparılıb, ona koronavirus infeksiyası, ikitərəfli ocaqlı pnevmaniya diaqnozları qoyulub. Hamilə qadının əvvəldən ağır xəstəliyi olmayıb. Həmin qadında pnevmoniya koronavirusa yoluxandan sonra yaranıb.