Yenilənmiş Lexus IS modelinin şəkilləri peyda olub FOTO


Digərləri 28 İyn 2020 17:01:00 225 0

Yenilənmiş Lexus IS modelinin şəkilləri peyda olub  FOTO

Car Advice nəşrinin sərəncamına yeni nəsil Lexus IS sedanının rəsmi şəkilləri daxil olub. Yeni sedanın rəsmi təqdimatının 16 iyun tarixində keçirilməsi planlaşdırılır, buna baxmayaraq, artıq yenilənmiş sedanın şəkilləri İnternet şəbəkəsində peyda olub. Qeyd etmək lazımdır ki, şəkillərdə təsvir edilən avtomobil F-Sport dəsti ilə təchiz edilmiş Lexus IS 350 modifikasiyasıdır.

Son.az autograph.az-a istinadən bildirir ki, yenilənmiş sedan sələfinin nisbətlərini qoruyub saxlasa da, "böyük" ES və LS modellərinin üslubunda dizayna malik olub. Yığcam sedan daha iri radiator barmaqlığı, işıqdiodlarından hazırlanmış ön və arxa fənərlər ilə təchiz edilibdir. Arxa işıq texnikası son dəbə uyğun olaraq işıqlanan zolaqla bilməşdirlmişdir.

İlkin məlumata görə, yenilənmiş Lexus IS modeli cüzi şəkildə dəyişdirilmiş salon arxitekturasına və mühərrik bölməsinin quruluşuna malik olacaqdır.  Eyni zamanda, Lexus IS 350 F-Sport modelinin 315 at qüvvəsi və 380 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 mühərriki ilə təchiz ediləcəyi də gözlənilir.

Yenilənmiş modelin texniki hissəsi barədə məlumat 16 iyun tarixində açıqlanacaqdır.