Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
Dünya 28 İyn 2020 11:35:00 214 0
Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq.
Son.az APA-ya istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Sazişi təsdiqləyib.
Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Sazişi 20 may 2016-cı ildə təsdiq edib.
Mənbə: milli.az