Gürcüstanda koronavirusa yoluxan və ölənlərin sayı artdı


Dünya 28 İyn 2020 10:46:35 159 0

Gürcüstanda koronavirusa yoluxan və ölənlərin sayı artdı

Gürcüstanda son sutkada koronavirusa 3 yeni yoluxma faktı təsdiqlənib.

Gürcüstanda son sutkada koronavirusa 3 yeni yoluxma faktı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da, indiyədək qonşu ölkədə COVID-19-a yoluxma hallarının sayı 924-ə çatıb. Yoluxan şəxslərin 785-i sağalıb. Son sutka ərzində xəstəlikdən daha 1 nəfər ölüb və virusdan dünyasını dəyişənlərin sayı 15-ə çatıb.

Hazırda ölkə üzrə karantində 2 819, stasionar nəzarətdə isə 230 nəfər saxlanılır.