Dünyada koronavirusa yoluxanların sayı


Dünya 28 İyn 2020 09:01:00 183 0

Dünyada koronavirusa yoluxanların sayı

Dünyada koronavirusa yoluxma hallarının sayı sutkada 6,4 mindən çox artaraq 10,08 milyonu keçib. Ölənlərin sayı 501 mini keçib.

Son.az Trend-ə istinadən bildirir ki, 6 430 nəfər yeni koronavirusa yoluxub, 672 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 10 081 545, ölənlərin isə 501 298 nəfərə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 4 816 794 yoluxma və 238 762 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 638 903, ölənlərin sayı isə 196 169 nəfərə çatıb.