Almaniyada pandemiya ilə bağlı son vəziyyət açıqlandı


Dünya 28 İyn 2020 08:22:45 205 0

Almaniyada pandemiya ilə bağlı son vəziyyət açıqlandı

Almaniyada 256 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Almaniyada 256 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

Qeyd edilir ki, ölkədə bütün vaxt ərzində COVID-19-a 193 499 yoluxma qeydə alınıb. Yoluxanların 177,7 mini sağalıb, 8 957 pasiyentin həyatını xilas etmək mümkün olmayıb.

Yoluxma hallarının ən böyük sayı Bavariyada qeydə alınıb. Burada təhlükəli infeksiyaya 48 294 nəfər yoluxub. Şimal Reyn-Vestfaliyada bu rəqəm 47 723, Baden-Vürtemberqdə 35 530 təşkil edir. Berlində COVID-19-a 8 168 yoluxma aşkarlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.