İsraildə COVID-19-a yoluxanların sayı 24 minə yaxınlaşır


Dünya 28 İyn 2020 04:25:00 217 0

İsraildə COVID-19-a yoluxanların sayı 24 minə yaxınlaşır

İsraildə son sutkada koronavirusa 621 yoluxma faktı qeydə alınıb.

İsraildə son sutkada koronavirusa 621 yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.

Ölkədə son 24 saatda üç nəfər COVID-19-un qurban olub.

Bununla da İsraildə virusa yoluxanların sayı 23 421 nəfərə, qurbanların sayı isə 317-yə yüksəlib.

Koronavirusa yoluxan 17 002 pasiyent sağalıb, 6 102 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.