Koronavirus üzərində qələbənin əsas şərti açıqlandı


Digərləri 27 İyn 2020 18:09:00 200 0

Koronavirus üzərində qələbənin əsas şərti açıqlandı

Kollektiv immunitet  COVID-19 xəstəliyini keçirmiş və ya peyvənd edilmiş əhalinin 43%-i ilə yarana bilər.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu zaman bəşəriyyətin koronavirusu məğlub etməsi labüddür. "Science" jurnalının yazdığına görə, bu qənaətə Nottingem (Nottingham) və Stokholm Universitetinin riyaziyyat alimləri gəlib.

Kollektiv immunitetin səviyyəsi virusa davamlı əhalinin nisbəti ilə müəyyən edilir. Tədqiqatçılar kollektiv immunitetin inkişafını qiymətləndirmək üçün riyazi metoddan istifadə ediblər.

Nottingem Universitetinin professoru Frenk Bollun sözlərinə görə, cəmiyyət nə qədər aktivdirsə, o, infeksiyanın öhdəsindən bir o qədər tez gəlir və kollektiv immunitet yaranır. Məqalədə qeyd edilir ki, məhdudlaşdırıcı tədbirlər olmadıqda lazımi səviyyəni əldə etmək mümkündür.