İsanın bütün heykəlləri sökülsün


Digərləri 27 İyn 2020 16:42:00 223 0

İsanın bütün heykəlləri sökülsün

"Blək Lives Matter" hərəkatının aktivisti və keçmiş keşiş Şon Kinq İsa Məsihin heykəllərini sökməklə bağlı çağırış edib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, Kinq bu sözləri öz Tvitter səhifəsində paylaşıb.

Onun sözlərinə görə, Məsihin ağ rəngdə təqdim edilməsi ağ irqin üstünlüyünü təqdim etmə formasıdır:

"Belə addımları Məsihin bütün görüntülərinə qarşı təqdim etmək lazımdır. İsanın ailəsi gizlənmək və yerli əhali arasına qarışmaq istəyəndə onların haraya yollandığını tapın. Misirə! Danimarkaya yox! Heykəlləri sökün".