Bakıda mənzildə qadın meyiti tapılıb


Digərləri 27 İyn 2020 09:16:00 229 0

Bakıda mənzildə qadın meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Məmmədova Leyla Hətəm qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.