Paşinyan: Ermənistan 1 milyon əhaliyə düşən koronavirusa yoluxma hallarının sayına və gündəlik yoluxma sayına görə dünyada ilk yerlərdən birini tutur


Dünya 26 İyn 2020 21:13:00 164 0

Paşinyan: Ermənistan 1 milyon əhaliyə düşən koronavirusa yoluxma hallarının sayına və gündəlik yoluxma sayına görə dünyada ilk yerlərdən birini tutur

Ermənistan 1 milyon əhaliyə düşən koronavirusa yoluxma hallarının sayına və gündəlik yoluxma sayına görə dünyada ilk yerlərdən birini tutur.

Trend-in Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, daha vacib bir problem var: "Bu şəraitdə, bizim ölkədə bütün əhali hər gün epidemiyaya qarşı mübarizə aparmalı idi, lakin təəssüf ki, reallıq belə deyil. Əksinə, koronavirus haqqında dezinformasiya yayılmağa davam edir. Artıq epidemiya əleyhinə tədbirlərin pozulmasına görə cinayət işimiz var. Cərimələrin ödənilməsi prosesinin başlandığı vaxt yaxınlaşır. Cərimənin tətbiq edildiyi andan ödənilməsinə qədər olan müddətin qısaldılması üçün qanunvericilikdə dəyişikliklərin mümkünlüyünü nəzərdən keçiririk".