AQTA 109 obyektdə kobud qayda pozuntuları aşkarlayıb


Digərləri 26 İyn 2020 18:13:00 181 0

AQTA 109 obyektdə kobud qayda pozuntuları aşkarlayıb

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

AQTA-dan Son.az-a bildirilib ki, 25 iyun 2020-ci il tarixində Agentlik əməkdaşları tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 82 ictimai iaşə obyekti, 228 ərzaq satışı mağazası olmaqla ümumilikdə 310 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 109-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

◾ Bakı şəhəri üzrə:

Bayramov Vasif Əliyar oğluna, Qafarov Elmin Vaqif oğluna və Əliyev Ceyhun Adil oğluna məxsus ərzaq mağazaları, "Oskar" market, Abdullayeva Sədaqət Cəmil qızına, Rzayeva Natiqə Naib qızına, Mehdiyev Azər Həmzə oğluna, Həsənov Ramin Əvəz oğluna məxsus ərzaq mağazaları, Səttarov Elnur Telman oğluna, Şükürov Rövşən Əliəsgər oğluna, Tarverdiyev Xəzan Yaşar oğluna məxsus ərzaq mağazaları, Şabanov Rüstəm Qədim oğluna, Hüseynov Vaqif İzzət oğluna, Nuriyev İsmət Nurməmməd oğluna, Şamıyev Məmməd Arif oğluna, Şabanov Dəstə İsa oğluna və İbrahimov Fəzail Məhəmmədəli oğluna məxsus ərzaq mağazaları, "Ayxan" market, "21-ci əsr" market, Məmmədov Zahir Rasim oğluna məxsus ərzaq mağazası

Digər şəhər və rayonlar üzrə: