Danimarkanın baş naziri növbəti dəfə toy mərasimini təxirə saldı


Dünya 26 İyn 2020 18:07:00 166 0

Danimarkanın baş naziri növbəti dəfə toy mərasimini təxirə saldı

Danimarkanın Baş naziri Mette Frederiksen Avropa İttifaqının sammitinə görə toy mərasimini təxirə salıb.

Son.az oxu.az-a istinadən bildirir ki, xəbəri "Associated Press" agentliyi yayıb.

"Avropa İttifaqının şənbə günü Brüsselə təyin olunan iclası toyumu planlaşdırdığım günə təsadüf etdi. Mən Danimarkanın maraqlarını, işimi düşünməliyəm. Bu səbəbdən planlarımızı yenidən dəyişdirməliyik", - deyə qadın siyasətçi bildirib.

M.Frederiksen ötən il də evliliyini təxirə salmalı olmuşdu. O zaman siyasətçinin üzv olduğu Sosial Demokrat Partiyası parlament seçkilərində qalib gəlmiş və siyasi təsisat qarşısına yeni hökumət qurmaq tapşırığı qoymuşdu.