"Kişi xanımından başqa qadınla cinsi əlaqədə olursa, xəyanət sayılmır"


Şou-biznes 26 İyn 2020 13:39:00 246 0

"Kişi xanımından başqa qadınla cinsi əlaqədə olursa, xəyanət sayılmır"

"Tam verilişə baxmayanlar, təkcə başlığı oxuyub gic-gic fikir bildirənlər, çox gülünc görünürsünüz. Hamınız deyirsiniz ki, xəyanət etməyən kişi yoxdur. Əfsuslar olsun ki, bu, belədir. Bunu sevmədiklərinə görə etmirlər. Elə sevə-sevə də edirlər".

Son.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Aktiv sosial şəbəkə istifadəçisi olan, cəmiyyətdə baş verə hadisələrə biganə qalmayan müğənni "Ulduzun vaxtı" proqramında xəyanət haqqında fikirlərinə aydınlıq gətirib. O, sözlərinə belə davam edib:

"Əgər siz xəyanəti bilib dava-dalaş salacaqsınızsa, sonra bağışlayacaqsınızsa, bu, ən böyük səhv olacaq. Hörmətiniz qalmayacaq. Susmaq və görməzlikdən gəlmək onu vicdanı ilə buraxmaqdır. Ok, siz bağışlamayın və ayrılın. Ailənizi dağıdın. Bəs sonra? Mən həmin verilişdə dedim ki, ayrılıb ailə qurmuşam, amma hamıda nəsə bizi qane etməyən səhvlər var. Mən ilk həyat yoldaşımdan xəyanət etdiyinə görə ayrılmamışam, yalan danışdığını üzünə vuranda əl qaldırırdı və dava-dalaş düşürdü. Ailəmizdə zorakılıq var idi. Mənim də həyat təcrübəm yox idi. Hər ikimiz təcrübəsiz idik və həyatın qəlizliklərini bilmirdik. Mən mələk deyiləm. İnsanam və hamı kimi səhvlərim və doğrularım var. Mənim ailəm dağılıb, sizinki dağılmasın. Azərbaycanda boşanan qadına söz deməyi özünə borc bilən qonşu, ya tanışı var. Kişilərə rahat bağışladığımızı, qadınlara keçə bilmirik.

Xəyanət - Предательство daha böyük məna kəsb edir. Bir az geniş və dərin düşünün, hər kəsin subyektiv fikrinə hörmətlə yanaşın. Hər şeyi xırdalayıb deməliyik ki, hüceyrələri ölmüş beyniniz düzgün anlasın? Kişilər bir çox səbəbdən başqa qadınlarla cinsi əlaqədə ola bilərlər. Həyat yoldaşı hamilə olanda, həyat yoldaşı ilə yataqda öz fantaziyasına uyğun ola bilməyəndə və s... Sizin haqqımda dedikləriniz məni yox, özünüzü əks etdirir" .