8 şəhər və rayonda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarda dəyişiklik edilib


Digərləri 25 İyn 2020 18:21:00 234 0

8 şəhər və rayonda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarda dəyişiklik edilib

Nazirlər Kabineti "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" qərarında dəyişiklik edib.

NK-dan Son.az-a verilən məlumata görə, qərara əsasən, "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilib:

1. 1.6-cı bəndin birinci cümləsində "göndərməlidirlər" sözü "göndərməli və ya "E-Təbib" mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər" sözləri ilə əvəz edilsin və həmin cümləyə "məlumatlar" sözündən sonra "və "E-Təbib" mobil tətbiqindən istifadə" sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 1.7-1-ci bənd əlavə edilsin:

"1.7-1. "E-Təbib" mobil tətbiqində icazələrin alınması aşağıdakı qaydada həyata keçirilir:

1.7-1.1.tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;

1.7-1.2. mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn "OTP" kodu daxil edilir;

1.7-1.3. giriş etdikdən sonra "lisenziya razılaşma" bölməsinə daxil olunur, razılaşdıqdan sonra "təsdiq edirəm" düyməsi sıxılır;

1.7-1.4. "Bluetooth" və "GPS" sistemi işlək vəziyyətə gətirilir:

1. açılan əsas səhifədə "icazələr" bölməsinə keçd edilir;

2. tələb olunan "FİN" kodu və doğum tarixi daxil edilir;

3. icazənin növü seçilir (1 və ya 2);

4. "Göndər" düyməsi sıxılır;

1.7-1.5. "Təsdiq" və ya "İmtina" mesajı gələnə kimi gözləmə mesajı ekranda görünür;