Ukraynada minə yaxın yeni yoluxma qeydə alınıb


Dünya 25 İyn 2020 14:59:00 193 0

Ukraynada minə yaxın yeni yoluxma qeydə alınıb

Ukraynada bu günədək koronavirus infeksiyasına yoluxanların sayı 40 008 nəfərə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, 1 067 nəfər həyatını itirib. Son sutka ərzində ölkə ərazisində 994 yeni yoluxma, 16 ölüm faktı qeydə alınıb.

17 758 nəfər sağalıb, 21 183 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, Ukraynada pandemiya ilə əlaqədar elan edilmiş karantin müddəti iyulun 31-dək davam edəcək.