Tibbi maskanın satış qiyməti istehsal xərclərini ödəmir


Digərləri 25 İyn 2020 14:29:00 221 0

Tibbi maskanın satış qiyməti istehsal xərclərini ödəmir

Koronavirus pandemiyası səbəbindən tibbi maskalara olan tələbat bütün dünyada artıb. Tələbatın artması tibbi maskanın qiymətini müzakirə mövzusuna çevirib. Hazırda dünyada ən çox satılan cərrahi maska hesab olunur ki, onun da istifadə müddəti 2 saat nəzərdə tutulub. Ölkəmizdə bu maskanın pərakəndə satış qiyməti 30 qəpikdir. Mütəxəssislər isə hesab edir ki, bu qiymət vətəndaşların aylıq büdcəsinə mənfi təsir edir.

Son.az xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramı maraqlı süjet hazırlayıb.

Sakin: "Səhər aldığımı günorta atıram, günorta aldığımı axşam. Günə 2 ədəd maska istifadə edirəm. Ailədə 5 nəfərik. Onlar da istifadə edəndə günə 2-3 manat pul gedir".

Sakin: "Gün ərzində təxminən 1-2 manat arası maskaya pul veririk".

Eyyub Hüseynov - AİB-in sədri: "Koronavirusun qorxusu insanları məcbur edir ki, öz büdcələrindən xeyli pul ayırsınlar və bir gündə bir neçə dəfə maska dəyişsinlər. Əgər bir nəfərə 1 manat, 50 qəpiyə başa gəlirsə, gün ərzində 4-5 dəfə dəyişsə, əgər ailədə 4-5 nəfər də varsa, onda artıq 10 manata yaxın pul edir bu. Yəni ailənin büdcəsinə ciddi zərərdir".

Bu zərərdən qaçmaq istəyən bəzi vətəndaşlar isə tibbi maskadan düzgün istifadə etmir.

Günay Rəsulova - Həkim: "Tibbi makalar infeksion xəstəlikdən qorunması üçün çox vacibdir. İnsanların gündəlik istifadə etdiyi adi sadə maskalar mütləqdir ki, hər iki saatdan bir dəyişdirilsin. Belə ki, 2 saatdan bir dəyişdirilməyən və yuyularaq bəzən istifadə olunan maskaların qoruyucu xüsusiyəti itir".