İranda pandemiya qurbanlarının sayı 10 mini ötdü


Dünya 25 İyn 2020 14:07:46 185 0

İranda pandemiya qurbanlarının sayı 10 mini ötdü

​İranda koronavirusa yoluxanların sayı yenə artıb

İranda koronavirusa yoluxanların sayı yenə artıb.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

İranda daha 2 595 nəfərdə koronavirusun aşkarlandığı bildirilib. Bununla da yoluxma faktlarının sayı 215 096-ya çatıb.

Məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı daha 134 nəfər artaraq 10 130 nəfərə yüksəlib.

Bundan başqa, indiyədək 175 103 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.