“Rahat” marketin işçiləri arasında dava


Digərləri 25 İyn 2020 11:54:00 178 0

“Rahat” marketin işçiləri arasında dava

Bakıda yerləşən "Rahat" supermarket şəbəkəsinin filiallarından birinin işçiləri arasında dava düşüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin martın 31-i gecə saat 23 radələrində baş verib. "Metropark" ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən "Rahat" supermarketin işçiləri həmin TM-in arxa hissəsində mübahisə ediblər. Onlardan biri, İsmayıl Kərimli iş yoldaşı Rəşad Ağakişiyevi bıçaqlayaraq xəsarət yetirib. 

Həmin zaman faktla bağlı Cinayət Məcəlləsinin 128.1-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

İyunun 24-də cinayəti törətməkdə şübhəli bilinən İsmayıl Kərimli tutulub. Cinayət işi Məcəllənin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. Hazırda Narimanov RPİ-də istintaq davam etdirilir.