Nura Suri: “Yaxşı məşuqə ola bilmərəm”


Şou-biznes 24 İyn 2020 18:54:00 204 0

Nura Suri: “Yaxşı məşuqə ola bilmərəm”

"Üç ay saçlarıma rəng qoymadım. Qaşlarımı almadım, forması dəyişdi və qalınlaşdı. Üzümə makiyaj etmədim. Üzüm və dərim dincəldi. Dırnaqlarıma boya vurmadım. Ayaqlarım hündürdaban ayaqqabılardan dincəldi. Özümə zaman ayırıb, idmanla məşğul oldum və kitablar oxudum. Övladım Davidə daha çox vaxt ayıra bildim. David onlayn formada dəsrlərini daha yaxşı oxumağa və yüksək qiymətlər almağa başladı. Bu ilin sonunda dörd sertifikata layiq görüldü. O, məktəbə gedəndə dərslərini yaxşı oxumurdu. Buna görə əziyyət çəkirdim. Oğlumun tərbiyəsi ilə daha yaxından və yaxşı məşğul ola bildim".

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri məşhur müğənni Nura Suri "MTV Azərbaycan" telekanalında yayımlanan "Ulduzun vaxtı" proqramında qonaq olarkən deyib.

Ana olduqdan sonra özünü tanımağa başladığını söyləyən sənətçi heç kimdən asılı olmağı xoşlamadığını dilə gətirib:

"Ana olanda 19 yaşım vardı. Qızlar universitetdə oxuyanda, mən artıq ana idim. Özümü bundan sonra tanımışam. Ola bilsin ki, yaxşı həyat yoldaşı ola bilməmişəm. Heç zaman yaxşı məşuqə ola bilmərəm. Çünki xarakterimdə birinci olmaq kimi xüsusiyyət var. Arvad olmalıyam, məşuqə yox (gülür).

Xasiyyətimdə bəzi məqamlar var ki, onlar şəxsi həyatımı qurmağa mane olur. Bəlkə də həyat yoldaşlarıma nələrisə güzəştə gedə bilsəydim, həyatım dağılmazdı. Görünür, bu, mənim daxilimdən irəli gəlir. Heç kimdən asılı olmaq istəmirəm, öz ayaqlarım üstə durmağı bacarıram".

"Həyatda aldığım zərbələr təcrübə və məktəb olub" deyən N.Suri xəyanətdən və keçmiş həyat yoldaşları ilə münasibətindən bəhs edib: