Toyundan 11 ay sonra həyat yoldaşının ölüm xəbəri gələn Əməkdar artist:


Şou-biznes 24 İyn 2020 18:23:00 234 0

Toyundan 11 ay sonra həyat yoldaşının ölüm xəbəri gələn Əməkdar artist:

Əməkdar artist Gülüstan Əliyeva "5/5"də qonaq olub.

Son.az xəbər verir ki, sənətçi efirdə ailə qurduqdan qısa zaman sonra şəhid xəbərini aldığı həyat yoldaşı və qardaşından gözyaşı içində danışıb:

"1990-cı ildə ailə qurdum. Toyumdan 11 ay sonra həyat yoldaşımın ölüm xəbəri gəldi. Qardaşımın da ölüm xəbərini 1994-cü ildə aldım. Hər ikisi də şəhid olub. Mən çox qürurluyam, fəxr edirəm ki, belə bir ailənin üzvüyəm".