“Unudulmuşam, nə maaş, nə də yardım alıram”


Şou-biznes 24 İyn 2020 18:37:00 224 0

“Unudulmuşam, nə maaş, nə də yardım alıram”

Son zamanlar mediadan uzaq qalan aktyor Allahverdi Yolçuyev işsizliklə bağlı narahatlıq keçirir.

Son.az xəbər verir ki, "unikal"a açıqlama verən aktyor 5 ildir parkinson xəstəliyindən əziyyət çəkdiyini deyib və diqqətdən kənarda qalmasından şikayətlənib:

"Həyatdan tamamilə təcrid olunmuşam. Nə işləyirəm, nə maaş, nə də yardım alıram. Heç 190 manatı da vermədilər. Demək olar ki, unudulmuşam. Problemlər isə sadalamaqla bitmir. Teatrda işləmirəm, deyirlər ki, qocalmısan. Efirlərə çağırır, sosial şəbəkələrdə maraqlanıb yazırlar. Amma heç bir xeyri yoxdur.

Əslində nazirlik maraqlanmalıdırlar ki, fəxri ad, təqaüd verilmir. 40 il səhnədə olan bu adam necə yaşayır, nə ilə qidalanır?! Həftədə bir-iki dəfə dublyaja çağırırlar. Sənətindən, peşəsindən asılı olmayaraq unudulmaq, diqqət mərkəzindən uzaqda qalmaq düzgün deyil. Mədəniyyət Nazirliyində struktur dəyişiklikləri oldu. Düşündüm, yəqin indi maraqlanarlar. Dəfələrlə onlara müraciət etsəm də, heç bir nəticə yoxdur".