İranda koronavirusdan ölənlərin sayı


Dünya 24 İyn 2020 18:15:00 203 0

İranda koronavirusdan ölənlərin sayı

"İranda ötən sutka ərzində daha 133 nəfərin koronavirusdan (COVID19) ölməsi ilə indiyədək bu virusdan ölənlərin sayı 9 996 nəfərə çatıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, ötən 24 saat ərzində daha 2 531 nəfər koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 212 501 nəfərə yüksəlib. Virus daşıyıcılarından 2 869 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi bildirib ki, indiyədək İranda 172 096 nəfər koronavirusdan sağalıb.