"Pula ehtiyacım olsa günə 15 manata..."


Şou-biznes 24 İyn 2020 15:04:00 190 0

"Pula ehtiyacım olsa günə 15 manata..."

"Çox çəkiliş təklifinə getmirsən".

Son.az xəbər verir ki, bunu Zaur Kamal "5/5"də qonağı olan 2006-ci ildə "Best model of Azerbaijan" və 2007-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən "Best model of the World" gözəllik və model müsabiqələrinin qalibi Rüstəm Cəbrayılova deyib.

Aktyor-model artıq 4 aydır şsiz qaldığını bildirib:

"Düzdür, 4 aydır işləmirəm. Beşinci aya keçir. Mənim boyda bir adamın evdə oturmağı və işsiz qalmağı həqiqətən gülüncdür, çox təəssüflənirəm. Amma təəssüf, vəziyyət belə gətirib çıxardı. 12-13 ildir artıq dünyanın bir çox ölkələrində fəaliyyət göstərmişəm. Böyük uğurlarım olub. Pula ehtiyacım olsa günə 15 manat da olsa fəhlə işləyərəm. Amma bu işə çox əziyyət çəkdiyimə görə bu işi ucuz sata bilmərəm. Ona görə az qiymətə, az qonorar olanda təbii ki, razılaşa bilmərəm. Yəni, işimə ən azından ona uyğun büdcə ayrılmalıdır ki, mən ona "hə" deyə bilim. O da ki, ay ərzində 10-12 təklif olursa, onlardan sadəcə bir-ikisi qane edir. O da tam olaraq yox. İnşAllah yaxşı olar. Hər çey yaxşıdır. Pozitiv fikirləşmək lazımdır".

Məhəmməd Vaqif Son.az