İlhamədən boşanması ilə bağlı suala cavab: "Təkəm"


Şou-biznes 24 İyn 2020 12:24:00 216 0

İlhamədən boşanması ilə bağlı suala cavab: "Təkəm"

"İki-üç il harasa getmək fikrim yoxdur. Aygün İsmayılova ilə işləmək fikrim var. Yeni mahnı yazmasını istəyirəm".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni İlhamə Qasımova "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. Amerikadan yeni qayıdan sənətçi burada yenidən şou-biznesə qatılmağa çalışdığını söyləyib.

Bir neçə gün əvvəl boşanma xəbərləri yayılan İlhamə bunla bağlı sualı isə cavabsız qoyub:

"Bu məsələyə cavab vermək istəmirəm. Elə söz deməmişəm. İnsanların düşüncəsinə görə, səhnədəsənsə, müğənnisənsə, demək, ən pis işləri sən görürsən. Heç kim bilmir içində nələr var. Kənardan qınamaq, reaksiya verməkdənsə, düşünün. Fikirləşin ki, öz başınıza da gələr.