Arvad koronavirusa yoluxan ərini atıb getdi


Dünya 24 İyn 2020 12:09:00 206 0

Arvad koronavirusa yoluxan ərini atıb getdi

Banqladeşdə maraqlı olay yaşanıb.

Son.az haberglobal-a istinadla xəbər verir ki, Banqladeşdə yaşayan Samirə adlı qadın əri koronavirusa yoluxduğuna görə onu tərk edib.

Qadın koronavirusa yoluxan adı mətbuata açıqlanmayan ərini ataraq Rajapurdan paytaxt Dəkkə şəhərinə, atasıgilə gedib.

"Səninlə birlikdə ölə bilmərəm", - deyib ərini atan qadın kişi sağaldıqdan sonra evinə qayıtmaq istəyəndə əri ona icazə verməyib.

Xəstəlikdə ərini tək qoyan qadın pis vəziyyətdə qalıb.