Koronavirusdan ölən Ramin Qurbanovun qızı üçün yaratdığı sehrli dünya FOTOlar


Digərləri 24 İyn 2020 11:19:00 353 0

Koronavirusdan ölən Ramin Qurbanovun qızı üçün yaratdığı sehrli dünya  FOTOlar

Saatlardır bu fotolara baxıram.

Atanın həyatdan da artıq sevdiyi qızı üçün hazırladığı dünyaların fotolarıdır.

...37 yaşlı iqtisadçı Ramin Qurbanov iyunun 22-də, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Həkimlərin səyinə baxmayaraq, 10 gün mücadilə aparsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İyunun 22-də ad günü olan R.Qurbanovun anası, talassemiya xəstəsi olan Nazilə xanım oğlunun ölümünə dözə bilməyib: dünən ANAnın ürəyi yatıb.

Ramin Qurbanovun azyaşlı qızı var. Adı Məryəmdir. Körpə də talassemiya xəstəsidir.