"Yaxşı insan deyiləm"


Şou-biznes 23 İyn 2020 18:19:00 213 0

"Yaxşı insan deyiləm"

"Tez bağışlayanam. Qəlbən bağışlayanda əziyyət çəkmirsən. Çalışmalısan ya o insanla məsafə saxlamalısan, ya da onun varlığını unutmalısan. O, insan sənin üçün olmamalıdır. Mənə pislik edən, ətrafıma zərər verəni bağışlamasam, özüm əziyyət çəkəcəm. Mənə qarşı etdiyi pislik yadıma düşdükcə, həyat fəaliyyətimə davam edə bilməyəcəm".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov "Ağ və qara" proqramında qonaq olarkən deyib. Aktyor həyatından, xasiyyətindən danışıb:

"Kimisə yanımdan uzaqlaşdırmağı bacarıram. İnsan var ki, ömrüboyu ona pislik edəndən əl çəkmir. Niyə pislik edənlə eyni səviyyədə olmalıyam? Onu yaxşılığımla xəcalətli edim. Elə də yaxşı insan deyiləm. Hər kəsin çatışmayan cəhədləri var. Heç kim tam mükəmməl deyil. Amma abırlı, həyalı olmaq insana xasdır. Bunları niyə özümdən uzaqlaşdırım?

Hamı səhnədəki Coşqunu sevsin. heç kim indiki Coşqunu sevmək məcburiyyətində deyil".

Aktyor pisliyi qəbul etmədiyini söyləyib: