Azərbaycanda koronavirusa yoluxmanın ən çox olduğu ərazilər açıqlandı


Digərləri 23 İyn 2020 14:14:00 158 0

Azərbaycanda koronavirusa yoluxmanın ən çox olduğu ərazilər açıqlandı

Ölkə üzrə koronavirusa yoluxma faktının ən çox olduğu rayonlar məlum olub.

Son.az xəbər verir ki, statistik göstəricilər koronavirusinfo.az saytında yerləşdirilib.

Belə ki, COVID-19-a yoluxmanın yayılmasına görə Bakı şəhəri ilk yerdədir. 

Koronavirus testi müsbət olan şəxslərin 52 faizi paytaxtda yaşayır.

Yoluxanların Abşeron rayonunun payına düşən hissəsi 15,3 faiz təşkil edir.

Eyni zamanda, koronavirusa yoluxanların 10,3 faizi Gəncə-Qazax bölgəsində, 8,1 faizi Aran zonasında, 6,4 faizi Lənkəran rayonunda, 1,7 faizi Quba-Xaçmaz zonasında, 1,5 faizi Şəki-Zaqatala, 1,2 Yuxarı Qarabağ bölgəsi, 1,5 faizi Dağlı Şirvan zonası və 0,03 faizi Naxçıvanda yaşayanlardır.