Dünya şöhrətli şəxs 5ci dəfə evləndi FOTO
Digərləri 12 İyn 2020 01:01:00 185 0
Dünyanın sabiq birinci tennisçisi İlie Nastase növbəti dəfə ailə həyatı qurub.
Son.az xəbər verir ki, 73 yaşlı rumın 5-ci dəfə evlənib.
Onun yeni həyat yoldaşı özündən 30 yaş kiçikdir. İlie toyu təmtəraqlı etmədiklərini bildirib: "Xüsusi heç nə etmədik. Kilsədən çıxdıq və restorana getdik. Hər şey sadə və gözəl oldu. İstədik ki, heç bir reklam olmasın".
Nastase dünya reytinqinə 1973-cü ildə başlılıq edib. O, liderliyini 40 həftə qorumağı bacarıb. (publika.az)
Mənbə: milli.az