Moskva artıq göz yaşlarına inanır


Dünya 07 İyn 2020 12:07:00 177 0

Moskva artıq göz yaşlarına inanır

Ötən sutka ərzində Rusiyanın paytaxtı Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası ilə bağlı etdiyi testlərin müsbət çıxdığı daha 55 xəstə vəfat edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə paytaxtın koronavirusa nəzarət və monitorinq üzrə baş qərargahından bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 55 xəstə dünyasını dəyişib".

Ümumilikdə paytaxtda koronavirusdan 2 919 nəfər ölüb.