NyuYork Prokuroru etirazçıları mühakimə etməkdən imtina edib


Dünya 07 İyn 2020 09:37:00 183 0

NyuYork Prokuroru etirazçıları mühakimə etməkdən imtina edib

Nyu-Yorkda Queens rayonunun Baş prokuroru Melinda Katz etiraz aksiyaları zamanı komendant saatını pozduqlarına və ya sosial məsafəyə əməl etmədiklərinə görə tutulan şəxsləri mühakimə etməyəcəyini bildirib.

Son.az APA-ya istinadən bildirir ki, Katz bu barədə Twitter səhifəsində yazıb.

Hüquqşünasın sözlərinə görə, o, bu məsələ ilə bağlı Manhettan prokuroru Sayrus Vansanın fikrilə həmrəy olduğunu vurğulayəb. 

O qeyd edib ki, Sayrusla birlikdə mövqe nümayiş etdirməkdən qürur duyur. Sosial ədalət prinsiplərinə sadiq olduğunu yazan prokuror qaradərili insanlara qarşı polis zorakılığını qınayıb.

Qeyd edək ki, ötən gecə Nyu-Yorkda nümayişlər zamanı 40 nəfər tutulub. İyunun 5-nə keçən gecə isə saxlanılanların sayı 270 nəfər olub.  Vaşinqton və Nyu-York da daxil olmaqla ABŞ-ın təxminən, 40 şəhərində komendant saatları tətbiq edilmişdi. 

Los-Ancelesdə və Kaliforniyanın bir çox yerində bu rejim artıq ləğv olunub. 

Son.az