NATO koronavirus pandemiyasının mümkün olan ikinci dalğasına hazırlaşır


Dünya 07 İyn 2020 08:06:00 152 0

NATO koronavirus pandemiyasının mümkün olan ikinci dalğasına hazırlaşır

NATO koronavirus pandemiyasının ikinci dalğası vəziyyətində alyans üzvlərinə və tərəfdaşlarına kömək etmək üçün bir plan hazırlayır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Welt am Sonntag" müsahibəsində təşkilatın baş katibi Yens Stoltenberq bildirib.

Y.Stoltenberq bildirib: "NATO üzvlərinə və alyansla sıx əlaqəli olan tərəfdaş ölkələrə daha sürətli və daha yaxşı kömək edə biləcəyimiz üçün planlarımızı razılaşdırmalıyıq". Baş katibin sözlərinə görə, pandemiya ilə mübarizə üçün əlaqələndirilmiş hərəkətlərdən söhbət gedir.

Stoltenberq bildirib ki, konkret planlar alyasın müdafiə nazirlərinə iyunun ortalarında keçiriləcək video konfransda təqdim ediləcək.