Astara sakini mənzilində halsız vəziyyətdə tapılıb


Digərləri 07 İyn 2020 07:59:00 189 0

Astara sakini mənzilində halsız vəziyyətdə tapılıb

Astara rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Astara rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.