Artisan Spirits atelyesi Toyota Centry sedanı üçün tüninq dəsti hazırlayıb FOTO


Digərləri 06 İyn 2020 23:01:00 179 0

Artisan Spirits atelyesi Toyota Centry sedanı üçün tüninq dəsti hazırlayıb  FOTO

Yapon Artisan Spirits tüninq atelyesi Yaponiyanın İmperator Evinin rəsmi avtomobili olan Toyota Century nümayəndəlik sedanı üçün Sportsline Black Label adlı üslub dəstini hazırlayıb. Avtomobilin iki kiçik spoyler də daxil olmaqla karbon lifindən hazırlanmış idman kuzov dəstinə sahib olub.

Son.az autograph.az-a istinadən bildirir ki, təkmilləşdirmə nəticəsində Toyota Century daha aqressiv və cəlbedici görünür. Sedan, orijinal kuzova bərkidilən elementlərə, o cümlədən bamper və ətəklərin əlavələrinə, habelə dama və baqaj qapağına quraşdırılan spoyler cütlüyü ilə təchiz edilib. Təkər diskləri də yaddan çıxmayıb - onlar daha iri ölçülərə və yeni dizayna malik olublar.

Toyota Century sedanı Gazoo Racing idman bölməsi tərəfindən hazırlanan "bərkgedən" versiyada da təklif edilir. "Bərkgedən" sedan standart variantdan böyüdülmüş mərkəzi hava girişi olan  ön idman bamperi, radiator barmaqlığı və baqaj qapağındakı spoyler ilə fərqlənir.

Yaponiyada Toyota Century sedanı İmperator Evinin rəsmi avtomobilidir. 5,0-litrlik mühərrikin əsasında yaradılmış 341 at qüvvəli hibrid qurğu ilə hərəkətə gələn sedanın mülki modifikasiyası 19,600,000 yenə satılır.