Beyin hüceyrələrini koronavirusdan qorumaq üsulu tapıldı


Digərləri 06 İyn 2020 22:55:00 183 0

Beyin hüceyrələrini koronavirusdan qorumaq üsulu tapıldı

Kaliforniya Universitetinin professoru Elison Muotrinin rəhbərliyi altında yerinə yetirilən yeni tədqiqatda neyrofizioloqlar və molekulyar bioloqlar aydınlaşdırıblar ki, Hepatit C virusunun müalicəsi üçün istifadə olunan "Sofosbuvir" adlı preparat beyin hüceyrələrini koronavirusdan qoruyur.

Son.az ted.az-a istinadən bildirir ki, tədqiqatçılar kök hüceyrələrindən kiçik beyin nümunələri yetişdiriblər.

"Sofosbuvir"in tətbiqindən sonra virusa yoluxmuş hüceyrələrin sayı azalıb. Həmçinin sinir sonluqlarının işində SARS-cov-2-nin səbəb olduğu pozuntular aradan qaldırılıb.

Alimlərin fərziyyələrinə görə, preparat COVID19-a yoluxmuş insanlarda ensefalopatiya (beyinin qeyri-iltihabi xəstəlikləri), epilepsiya tutmaları və hallüsinasiyanı aradan qaldırmaq imkanına malikdir. O, həmçinin xəstələri iy və dadbilmə hissinin itməsindən qoruya bilər.