Googlea qarşı casusluq iddiası ilə 5 milyard dollarlıq iddia qaldırılıb


Digərləri 06 İyn 2020 21:10:00 177 0

Googlea qarşı casusluq iddiası ilə 5 milyard dollarlıq iddia qaldırılıb

Şirkət məhkəmədə özünü müdafiə etmək niyyətindədir.

Google şirkətinə qarşı gizli rejimdə belə istifadəçiləri izlədiyinə görə 5 milyard dollarlıq iddia qaldırılıb.

Son.az ted.az-a istinadən bildirir ki, artıq bununla bağlı Kaliforniya ştatının San Jose şəhərindəki federal məhkəməyə sənəd təqdim edilib.

Sənədə əsasən, Google şirkəti istifadəçi məlumatlarını özünəməxsus müxtəlif mənbələr vasitəsilə toplayır. Bura Google Analytics, Ad Manager və plug-ins də daxil olmaqla digər smartfon tətbiqləri daxildir.

İddiaçının sözlərinə görə, bu tətbiqlərdən istifadə edən Google istifadəçinin davranışını, seçimlərini və hətta şəbəkədə baxa biləcəkləri "ən intim hadisələr" haqqında bilgi toplayır. Buna görə də, iddiaçı şirkəti məhkəməyə vermək və axtarış nəhəngindən ən azı 5 milyard dollar tələb etmək qərarına gəlib.