Ən son iOS yeniləmə iPhone və iPadi "sındırıb"


Digərləri 06 İyn 2020 19:40:00 145 0

Ən son iOS yeniləmə iPhone və iPadi "sındırıb"

iPhone və iPad istifadəçiləri iOS əməliyyat sisteminin ən son yenilənməsini quraşdırdıqdan sonra qacetdə problem yarandığını bildiriblər.

Son.az ted.az-a istinadən bildirir ki, Apple istifadəçiləri son yenilənmədən sonra batareyanın tez şəkildə bitməsindən şikayət ediblər.

Bəzi istifadəçilərin iOS-un 13.5 versiyasını yenilədikdən sonra smartfonlarının "çökdüyü" də məlum olub. Cihaz sahibləri qeyd ediblər ki, yenilənmədən sonra qacetlər mütəmadi olaraq yüklənir.

Eyni problem iPad və iPad Pro-da da müşahidə olunur. Bu cihazların istifadəçiləri 13.4.1 versiyasını yenilədikdən sonra problemi aşkarlayıblar. Bundan əlavə, qacet sahibləri videonun MP4 formatında səhv səsləndirilməsinə də diqqət çəkiblər.