Baş Nazir öldürülən afroamerikalı üçün diz çökdü


Dünya 06 İyn 2020 16:12:00 186 0

Baş Nazir öldürülən afroamerikalı üçün diz çökdü

Kanadanın Baş Naziri Castin Tryudo ABŞ-da polis tərəfindən öldürülən afroamerikalı Corc Floydun xatirəsini diz çökərək yad edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu addımı Ottava şəhərində fəalların təşkil etdiyi aksiya zamanı atıb. Məlumata görə, Tryudo mitinq başlayandan bir saat sonra mühafizəçilərilə birgə etirazçılara qoşulub.

Xatırladaq ki, ABŞ-ın Minneapolis şəhərində afroamerikalı Corc Floyd polis tərəfindən boğularaq öldürülüb. Buna etiraz olaraq ölkənin müxtəlif yerlərində aksiyalar başlayıb. Hökumət bir çox ştatlarda komendant saatı elan edib.