Bakıda yaralı qadını polis əməkdaşları xəstəxanaya çatdırdılar FOTO VİDEO


Digərləri 06 İyn 2020 15:34:00 200 0

Bakıda yaralı qadını polis əməkdaşları xəstəxanaya çatdırdılar  FOTO  VİDEO

Bakının Xəzər rayonu, Binə qəsəbəsində yaralı qadına ərazidə xidmət aparan Xəzər RPİ Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən ilkin təcili yardım müdaxiləsi göstərilməklə xəstəxanaya çatdırılıb.

Son.az Trend-ə istinadən bildirir ki, qadın mətbəxtdə qab yuyarkən sınan şüşə onun qoluna bataraq, damarlarını zədələyib. Küçəyə çıxan qadının köməyinə çatan polis əməkdaşları onu xidməti avtomobildə olan dərman və tibbi sarğılarla bağlayaraq ilkin yardım göstərməklə qan itirmənin qarşısını alıblar.

Hazırda onun vəziyyəti yaxşıdır.