Rusiyada bir gündə 197 nəfər koronavirusdan öldü


Dünya 06 İyn 2020 15:04:00 172 0

Rusiyada bir gündə 197 nəfər koronavirusdan öldü

Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqda davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 8 855 nəfər virusa yoluxub, 197 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 458 689 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 5 725 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 221 388 nəfər virusdan sağalıb, 231 576 nəfərin müalicəsi isə davam edir.